Vilyam Hacıyevin evindən çıxanlar – Video

İmişli Rayon İcra Hakimiyyətinin həbs edilən başçısı Vilyam Hacıyevin evindən külli miqdarda xarici və milli valyutada olan pul vəsaitləri aşkarlanıb.

XALQ.AZ-ın verdiyi xəbərə görə, bu fakt DTX-nin keçirdiyi əməliyyat zamanı çəkilişdə qeydə alınıb. 

Belə ki, V.Hacıyevin evində qutuda xüsusi qablaşdırılmış bir neçə “paçka”da pul vəsaitləri aşkarlanıb. 

Onlardan birinin üzərindəki qeyddən görünür ki, 1 bağlamada 500 min avro pul olub.

Onun evinin qarajında 10 PR 777 nömrəli “Bentley” və 90 KH 900 nömrəli “Range Rover” markalı lüks avtomobillər də qeydə alınıb.

XALQ.AZ