Vitse-spiker: “Azərbaycan Ermənistanın bu təxribatına daha tutarlı cavab verəcək”

ee

Ermənistan tərəfinin sərhədlərdə törətdiyi avaturist hərəkətlər və atdığı addımlar Paşinyan komandasının hakimiyyətdə qalmaq üçün etdiyi sonuncu manevrləridir.

XALQ.AZ xəbər verir ki, bunu açıqlamasında Milli Məclis sədrinin müavini Fəzail İbrahimli deyib.

Milli Məclis sədrinin müavinin sözlərinə görə,  bildiyimiz kimi bu gün Paşinayn  komandası qarşılarına qoyduğu hədəflərə  və verdikləri vədlərə əməl edə bilmədiyindən çıxılmaz durumdadrılar. “Bu gün Ermənistan hərtərəfli  böhran içində boğulur. Ölkədə siyasi, sosial-iqtisadi böhran  günbəgün dərinləşməkdədir.   Ermənistan bu gün sözün əsl mənasında fəlakətlə üz-üzədir. Çünki Paşinyan hakimiyyətə gəldiyi zaman verdiyi vədlərə əməl edə bilmədiyindən, artıq hakimiyyət daxilində də ciddi ziddiyətlər yaranıb.  Kilsə ilə münasibətləri korlanıb. Qarşıdurma getdikcə dərinləşir. Digər tərəfdən isə uzun müddət hakimiyyətdə olmuş və kifayət qədər maddi imkanlara malik  xaricdəki erməni diasporu tərəfindən dəstəklənən və Rusiyanın Ermənistandakı siyasi  maraqlarını  təmin edən böyük siyasi qüvvə ilə üz-üzə qalıb”- F.İbrahimli qeyd edib. 

Millət vəkili hesab edir ki, belə olan şəraitdə Paşinyanın hakimiyyətini qorumaq istiqamətində manevrlər etmək imkanları daralır və ona görə də ən ağlasığmaz addımlara əl atır: “Bunun üçün milli düşüncəli insanlaırn rəğbətini qazanmaq üçün faşizm ideologiyasına üstünlük verdi. Nəticədə bu  siyasət iflasa uğradı. Ermənistanın beynəlxalq aləmdə ifşa olundu və nüfuzuna ciddi zərbə dəydi. Azərbaycan Prezidenti ilə canlı debatlarda çıxılmaz duruma düşərək siyasi cəhətədən noktaunlar  Paşinyan hakimiyyətini daha da çıxılmaz duruma saldı. Artıq hakimiyyəti saman çöpündən asılıdır.  Onun atdığı hər addım iflasa uğrayır. Boğulmaq vəziyyətində olan Paşinyan bu dəfə Azərbaycanla  sərhəddə təxribat törətməklə diqqəti yayındırmağa çalışır. Amma unudur ki, bu onun sonunu daha da yaxınlaşdırır. Çünki bu təxribatdan daha çox uduzan Ermənistan və Paşinyan hakimiyyəti olacaq.   Bu hadisə Ermənistandakı mövcud böhran daha da dərinləşməsinə yol açacaq. Bu daha çox siyasi böhranın dərinləşməsinə təkan verəcək və cəmiyyətdə ciddi siyasi qarşıdurmaya səbəb olacaq. Azərbaycan ordusu erməni təxribatının qarşısını  aldı və düşməni dah ağır itkilərə məruz qoydu.

Təxribatın qarşısının alınması zamanı Vətən yolunda şəhid və qurban gedən  hərbçilərimiz qarşısında baş əyib, onların valideynlərinə  Allahdan səbr diləyirik.

Ermənistanda fərqli olaraq bu gün Azərbaycanda bu məsələdə yekdil mövqe və həmrəylik mövcuddur. Xalq Prezident ətrafında sıx biləşib. Düşünürəm ki, Azərbaycan Ermənistana daha tutarlı cavab verəcək. Digər tərəfdən  Ermənistanın  təxribatçı hərəkəti  beynəlxalq aləmdəki mövqeyinin zəifləməsinə işləməklə  Azərbaycanın xeyrinə dəyişməyə imkan yaradacaq. Ermənistanın bu hərəkəti Azərbaycan torpaqlarının işğaldan azad olunmasına  geosiaysi baxımdan yeni imkanlar qazandıracaq.

 Hesab edirəm ki, beynəlxalq aləm də bu məsələdə öz kəskin mövqeyini ortaya qoymalıdır”- F.İbrahimli qeyd edib.