Vitse-spiker Türkiyəyə gedir

Valeh Ələsgərov Türkiyəyə gedəcək.

XALQ.AZ xəbər verir ki,  Milli Məclisin sədr müavini Valeh Ələsgərov 22-ci Avrasiya İqtisadi Zirvə toplantısında iştirak etmək üçün fevralın 5-də Türkiyəyə gedəcək.

Mərmərə qrupu Strateji və Sosial Araşdırmalar Mərkəzi tərəfindən keçiriləcək tədbirdə texnologiyaların inkişafı və insanların gələcəyi, süni zəkanın iqtisadiyyatda və enerji sahəsində rolu, qloballaşmanın yeni səviyyələri, su və enerji ilə bağlı mövzular müzakirə olunacaq.

İstanbulda baş tutacaq zirvə toplantısında vitse-spiker Valeh Ələsgərov müzakirəyə çıxarılan məsələlər barədə öz fikirləri açıqlayacaq, təkliflərini verəcək.

 

Orxan