“VORLD TRANSPORT” Fonda 20 min yardım etdi

Prezident İlham Əliyevin koronavirus (COVID-19) infeksiyasına Azərbaycanda yoluxma hallarının qarşısını almaq məqsədilə səsləndirdiyi çağırışa VORLD TRANSPORT MMC şirkəti də qoşulub.


XALQ.AZ xəbər verir ki, şirkət Prezidentin imzaladığı 19 mart 2020-ci il tarixli “Azərbaycan Respublikasında əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı tədbirlər haqqında” Fərmana əsasən yaradılmış  Koronavirusla Mübarizəyə Dəstək Fonduna şirkət Koronovirusla Mübarizəyə dəstək fonduna 20000 min manat iane edib.