Vüqar İskəndərov seçiciləri ilə görüşdü

Deputat Vüqar İskəndərov Milli Məclisin növbəti vətəndaş qəbulunu keçirib.

XALQ.AZ xəbər verir ki, Şəki şəhər Heydər Əliyev Mərkəzində baş tutan görüşdə seçicilər öz problemləri ilə bağlı deputata müraciət edib.

Deputatın səlahiyyətləri çərçivəsində olan əksər müraciətlər yerindəcə həllini tapıb. Digər məsələlərin isə qeydiyyata alınaraq aidiyyatı orqanlara yönləndirilməsi nəzərdə tutulub. Müraciətlər əsasən maddi yardım, səhiyyə, təhsil, məşğulluq və s. istiqamətlərində olub.