Vüqar Rəhimzadə: “Leyla Yunus vicdanını və şərəfini itirib”

 

71

“O, qanun qarşısında cavab verməlidir”

“Leyla Yunus, Arif Yunus, Rauf Mirqədirov, Əkrəm Əylisli, Rüstəm İbrahimbəyov… Siyahını uzatmaq da olar. Bu adamlar üçün milli mənsubiyyətin, dövlət mənafeyinin heç bir mənası yoxdur”.

Bu sözləri Editor.az-a açıqlamasında “İki Sahil” qəzetinin baş redaktoru, Mətbuat Şurası İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə özünü hüquq müdafiəçisi adlandıran Leyla Yunusun ölkədən qaçmasına və saxlanılmasına münasibət bildirərkən belə deyib.

Onun sözlərinə görə, Allah Leyla Yunusu azərbaycanlı deyib, erməni yaradıb: “Bu adam bütün fəaliyyəti boyu ermənilərə, erməni lobbisinə donos ötürməklə məşğul olub. Harada ki, ermənilərin haqqında mənfi söz işlədilib, bu adam orada peyda olunub. Metro partladan ermənini də siyasi məhbus adı ilə siyahılara salıb. Əri də ondan geri qalmayıb. Adını konfliktoloq qoysa da, fəaliyyəti yalnız Azərbaycandan Ermənistana jurnalist daşımaqdan ibarət olub. Xalq diplomatiyası adı ilə milli mənəvi dəyərləri satan, öz keçmişinə və gələcəyinə arxa çevirən bu adamlar milli nifrətə layiqdir. Leyla Yunus və əri vicdanını və şərəfini itirib. Hesab edirəm ki, onların ölkədən qaçması və erməni lobbisinin əli ilə mühacir status almaq niyyəti ifşa olunandan sonra eyforik vəziyyətə düşüblər. Bu adamlar mütləq cinayətkar əməllərinin hesabını verərək, qanun qarşısında cavab verməlidir”.