Vüqar Rəhimzadənin monoqrafiyasının təqdimatı keçirilib

Oktyabrın 10-da Mətbuat Şurasının və Bakı Dövlət Universitetinin (BDU) Jurnalistika fakültəsinin birgə təşkilatçılığı ilə Mətbuat Şurası İdarə Heyətinin üzvü, “İki sahil” qəzetinin baş redaktoru, siyasi elmlər üzrə fəlsəfə doktoru, Bakı Slavyan Universitetinin (BSU) jurnalistika kafedrasının dosenti Vüqar Rəhimzadənin bu adda monoqrafiyasının təqdimatı keçirilib.

XALQ.AZ  xəbər verir ki, tədbirdə BDU-nun Jurnalistika fakültəsinin Jurnalistikanın nəzəriyyəsi və təcrübəsi kafedrasının müdiri, professor Cahangir Məmmədli çıxışı zamanı bildirib ki, monoqrafiya Azərbaycanda söz və mətbuat azadlığının araşdırılması baxımından önəmli vəsaitdir. Monoqrafiyada xüsusi olaraq azadlıq anlayışının sosial-siyasi dəyərləri, səciyyəvi cəhətləri, vətəndaş cəmiyyətində insan hüquq və azadlıqlarının inkişaf xüsusiyyətləri, söz və mətbuat azadlığıının plüralist mahiyyəti tarixi və müasir inkişaf kontekstində təhlil edilir.

Prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun  icraçı direktoru Vüqar Səfərli Azərbaycan mətbuatının ən incə məqamlarından bəhs edən monoqrafiyanın qiymətli əsər olduğunu söyləyib.

Təqdimat mərasimində Mətbuat Şurasının sədr müavinləri Umud Rəhimoğlu, Müşfiq Ələsgərli, Mətbuat Şurasının İdarə Heyətinin üzvləri, “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, “Xalq cəbhəsi” qəzetinin baş redaktoru Elçin Mirzəbəyli, “Bakı xəbər” qəzetinin baş redaktoru Aydın Quliyev, “Azadinform” İnformasiya Agentliyinin rəhbəri Niyaz Niftiyev çıxış edərək bildiriblər ki, kitabdakı ən önəmli məqamlardan biri  söz və mətbuat azadlığının mahiyyətinin açılması və bu azadlığın fəlsəfi əsaslarının ortaya qoyulmasıdır. Digər önəmli məqam isə mövzu ilə bağlı Avropa fəlsəfi cərəyanlarının mahiyyətini də tədqiq edib oxucuya çatdırılmasıdır. Monoqrafiyada bununla paralel olaraq Azərbaycanda bu istiqamətdə görülən işlərlə bağlı önəmli faktlar da ortaya qoyulur. Bununla da müəllif diqqətə çatdırmaq istəyir ki, bu gün milli KİV-lər dünyanın mürəkkəb informasiya mühitində, vahid informasiya məkanında özünə yer tutmaq uğrunda mübarizəyə qoşulmuş və artıq ciddi uğurlar əldə ediblər.


 

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.