Vüsal Hüseynov Bakıya gələn əcnəbilərə müraciət etdi

“Cari ilin iyunun 27-də Miqrasiya Məcəlləsinə edilmiş dəyişikliyə əsasən müvafiq yaşama icazəsi hazır olduqdan sonra 30 gün ərzində dövlət rüsumu ödənilmədikdə həmin icazə ləğv edilir”.


XALQ.AZ xəbər veriri ki, bu barədə məlumatı Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov soaial şəbəkə hesabında paylaşıb. O bildirib ki, bununla bağlı vəsiqəsi hazır olan əcnəbinin ölkədə olmaması, hazır vəsiqəni götürmək üçün vaxtın-imkanının olmaması və s. kimi narahatlıqlar ifadə edilir:

“Qeyd etmək istəyirəm ki, hazır olan vəsiqə (eləcə də iş icazəsi) üçün dövlət rüsumunu elektron qaydada ödəmək mümkündür. Miqrasiya Xidmətinin internet saytında elektron xidmətlər bölməsində (link şərh bölməsində) müraciətlərin izlənilməsi xidmətinə daxil olaraq müvafiq məlumatları qeyd etməklə Siz hazır olan icazə üçün ödəniş kodunu əldə edə və rüsumu elektron qaydada və ya ödəniş terminalları vasitəsilə ödəyə bilərsiniz.

Bu, həm əcnəbinin ölkə ərazisində qanunsuz miqranta çevrilməsinin, həm də vəsiqənin ləğv olunmasının qarşısını alır. Həmçinin qəbul şöbələrində vaxta qənaət etməyinizə kömək olur. Belə ki, hazır sənədləri götürməyə gələn şəxslər əvvəlcədən ödənişi etməklə, qəbul şöbələrində yalnız hazır vəsiqəni götürmək üçün vaxt sərf edirlər”.