Vüsal Hüseynov görüş keçirib

28 dekabr 2018-ci il tarixdə Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Türkiyə Respublikasının Daxili İşlər naziri Süleyman Soylu ilə görüşüb.

XALQ.AZ  xəbər verir ki, Vüsal Hüseynov Türkiyə Daxili İşlər nazirini ölkəmizdə görməkdən məmnun olduğunu ifadə edib.

İki ölkə arasında digər sahələrdə olduğu kimi miqrasiya sahəsində də sıx əməkdaşlığın qurulduğunu diqqətə çatdıran Xidmət rəisi bundan sonra da əməkdaşlığın gücləndirilməsi istiqamətində səylərin əsirgənməyəcəyini vurğulayıb.

Vüsal Hüseynov ölkəmizdə miqrasiya proseslərinin daim diqqətdə saxlandığını qeyd edərək bu sahədə yeniliklərə, o cümlədən innovativ vasitələrin tətbiqinə üstünlük verildiyini diqqətə çatdırıb.

Səmimi salamlamaya görə təşəkkürünü bildirən Süleyman Soylu Azərbaycanın Türkiyə üçün ən önəmli tərəfdaşlardan biri olduğunu qeyd edib. Miqrasiya məsələlərinin bütün dünyada olduğu kimi Türkiyədə də müzakirə mövzusuna çevrilmiş əsas məsələlərdən olduğunu bildirən Türkiyənin Daxili İşlər naziri Türkiyənin 3 milyondan çox qaçqına ev sahibiliyi edən ölkə kimi bu fenomenin doğurduğu fəsadlarla mübarizədə gördüyü işlər barədə məlumat verib.

Görüşdə hər iki ölkə vətəndaşlarının miqrasiya sahəsində üzləşdiyi problemlər barədə müzakirələr aparılıb, eləcə də bu problemlərin həlli istiqamətində atıla biləcək addımlar ətrafında fikir mübadilələri edilib. Əməkdaşlığın səmərələləliyinin daha da arıtırlması məqsədilə iki ölkənin miqrasiya məsələlərinə məsul qurumları arasında hüquq-müqavilə bazasının gücləndirilməsinə dair razılığa gəlinib.

 

Orxan

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.