Vüsal Hüseynov səfirlə görüşdü

Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Venesuela Bolivar Respublikasının ölkəmizdəki səfiri ilə görüşüb

XALQ.AZ xəbər verir ki, Dövlət Miqrasiya Xidmətinin rəisi Vüsal Hüseynov Venesuela Bolivar Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Kristofer Martines Berroteran ilə görüşüb.

Xidmət rəisi Azərbaycanla Venesuelanın siyasi əlaqələrinin yaxşı səviyyədə olduğunu, hər iki ölkə prezidentinin görüşlərinin dövlətlər arasında əməkdaşlığa böyük töhfə verdiyini söyləyib. Vüsal Hüseynov sosial, iqtisadi, enerji, mədəni sahələrdə əlaqələrin möhkəmləndirilməsi üçün yaxşı potensialın olduğunu, xüsusilə turizm baxımından  münasibətlərin genişləndirilməsi üçün səylərin artırılmasının vacibliyini diqqətə çatdırıb.

Səmimi qəbula görə təşəkkürünü bildirən cənab Kristofer Berroteran Azərbaycanın sürətlə inkişaf etdiyini söyləyib. Səfir Azərbaycan ilə turizm əlaqələrinin gücləndirilməsində, həmçinin ölkəmizdə çalışan Venesuela Bolivar Respublikası vətəndaşlarının miqrasiya qanunvericiliyinin tələblərinə uyğun olaraq fəaliyyət göstərmələrində marağlı olduğunu bildirib.

Görüşdə Azərbaycanla Venesuela arasında miqrasiya sahəsində əməkdaşlığın gələcək inkişaf perspektivləri və digər məsələlər müzakirə olunub.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.