Vyetnamın prezidenti vəfat etdi

Vyetnamın prezidenti Çan Day Kuanq vəfat edib.

 

XALQ.AZ  xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Məlumata əsasən, prezident Bakı vaxtı ilə 07:05 radələrində gözlərini əbədi olaraq yumub.

Çan Day Kuanq 12 oktyabr 1956-cı ildə Vyetnamın şimalındakı Ninbin əyalətində anadan olub. Karyerasına daxili işlər nazirliyində başlayıb. Sonradan isə milli təhlükəsizlik nazirliyinə keçib. Bir müddət sonra isə Vyetnamın milli təhlükəsizlik naziri olub. 2016-cı ildə isə prezident seçilib.

 

 

Orxan