WhatsApp-da yenilənmə var

“WhatsApp” messencerinin istifadəçiləri silinmiş fayllarını 2 ay ərzində bərpa etmək imkanı əldə edəcəklər.

XALQ,AZ xəbər verir  ki, sözügedən messencerin proqramçıları yeni funksiyanı sınaqdan keçirirlər: şəkil, video, sənəd və istifadəçilərin səsli mesajları serverdə saxlanılacaq. Multimedia fayllarını telefondan sildikdən sonra onları 2 ay ərzində bərpa etmək mümkün olacaq.

Əvvəllər multimedia faylları 30 gündən sonra avtomatik silinirdi.

 

Elgün