Whatsapp-dan yenilik

vatcat

Whatsapp iki yeni xüsusiyyəti ilə istifadəçilərinin qarşısına çıxacaq. Xalq.az-ın məlumatına görə, bir neçə gün öncə Facebook-a 19 milyard dollara satılan WhatsApp-da olacaq dəyişikliklər istifadəçiləri sevindirəcək. Yaxın günlərdə hazır olması gözlənilən yeniləmə bir çox əskikləri bağlayacaq.

Yeniliklərdən biri isə profil şəkilləri ilə bağlı olacaq. Artıq istəmədiyiniz kəslər sizin fotonuzu görə bilməyəcək. Hazırda nömrənizi tapan istənilən biri sizin profil şəklinizi görə bilir.

Yeni dəyişikliklərdən sonra telefon rəhbərinizdə olmayan şəxslərin profil fotonuzu görməsi mümkün olmayacaq.