“WhatsApp”da yeni funksiya istifadəyə verildi

“WhatsApp” messenceri qrup çatlarında avtomatik silinən mesajlar funksiyasını sınaqdan keçirməyə başlayıb.

XALQ.AZ xəbər verir ki, funksiya mesajları avtomatik təmizləməyə və telefonun yaddaşına qənaət etməyə kömək edəcək.

Adi istifadəçilərə əlçatmaz olan sözügedən funksiyadan yalnız çat administratorları istifadə edə biləcəklər.

Yeniləmə “Android” sisteminin idarəetməsi altında işləyən smartfonlar üçün “WhatsApp 2.19.275” yeniləməsində qeydə alınıb, ancaq son beta-versiyada bu funksiya “Mesajları silmək” adlandırılıb.

XALQ.AZ