“WhatsApp”dan daha bir YENİLİK

“WhatsApp” sosial şəbəkəsi yeni özəllikləri istifadəyə verməyə hazırlaşır.

XALQ.AZ xarici mətbuata istinadən xəbər verir ki, dəyişikliyə görə, bundan sonra istifadəçilər qarşı tərəfin icazəsi olmadan onun profil şəklini telefonuna qeyd edə bilməyəcək. Digər özəllik isə fotoların göndərilməsi ilə bağlıdır.

Belə ki, qarşı tərəf sizin göndərdiyiniz fotoları yükləmədən onların həcmini və sayını görə biləcək. Məlumata görə, xidmətlər hələ ki test mərhələsindədir. İstifadəçilər yeni özəlliklərə böyük dəstək verib.

Qeyd edək ki, yeni özəlliklərdən “2.19.60.26”  versiyasında istifadə etmək mümkün olacaq.

 

Yeganə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.