Xəzər dənizində partlayış: ölənlər var

Rusiyanın Mahaçqala limanında tankerdə partlayış baş verib.

XALQ.AZ  xəbər verir ki, bu barədə “Ren TV” məlumat yayıb.

“Rosmorreçflot”dan verilən məlumata görə, hadisə nəticəsində iki nəfər yaralanıb, üç nəfər itkin düşüb. Xəsarət alanların xəstəxanaya yerləşdirildiyi bildirilir.

İnterfaks” agentliyi isə öz mənbələrinə istinadən iki nəfərin öldüyünü xəbər verir.

RİA Novosti”nin “Rosmorreçflot”a istinadən verdiyi məlumata görə, partlayış “VF Tanker 16” adlı tankerin maşın bölməsində meydana gəlib.

Partlayış anında tanker Mahaçqala dəniz limanının dörd saylı körpüsündə olub.

“Beş zərərçəkənin olduğu güman edilir, onlardan ikisi xəstəxanaya yerləşdirilib, üç nəfərin axtarışı davam etdirilir”, – deyə “Rosmorreçflot”dan bildiriblər.

Yeganə


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.