Xəbər portalları dövlət tərəfindən maliyyələşdiriləcək

1

 

“Biz ilin sonuna kimi bir çox beynəlxalq konfransın və çoxsaylı tədbirlərin keçirilməsini planlaşdırırıq”.Xalq.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Onun sözlərinə görə, Azərbaycanda 300-ə yaxın xəbər portalları fəaliyyət göstərir: “Bunların 80 və ya 100-ü mütəmadi olaraq fəaliyyət göstərən xəbər portallarıdır. Demək olar ki, hər gün yeni bir xəbər portalı yaranır. Ekspertlər hesab edirlər ki, yaxın gələcəkdə bütün insanlar əsasən xəbərləri internet vasitəsilə alacaqlar. İnternet jurnalistikasının rəhbərləri ilə mütəmadi seminarlar keçirməyi planlaşdırırıq. Biz istəyirik ki, onların rəhbərlik etdiyi xəbər portallarına haker hücumlar olmasın, onlar həmişə işlək vəziyyətdə olsunlar. Kütləvi İnformasiya Vasitəsinə Dövlət Dəstəyi Fondu artıq bir neçə ildir Azərbaycanda fəaliyyət göstərən qəzet və jurnalları maliyyələşdirir və Mətbuat Şurası da bu təşəbbüslə çıxış edərək xəbər portallarının da dövlət tərəfindən maliyyələşdirilməsinə çalışacaq”.