Xələfov Jovkva ilə görüşdü

Ukrayna Prezidenti Administrasiyası rəhbərinin müavini İqor Jovkva Azərbaycanın Xarici İşlər nazirinin müavini Xələf Xələfovla görüşüb.

XALQ.AZ xəbər verir ki, tərəflər Ukrayna Prezidenti Vladimir Zelenskinin ötən ilin dekabrında Azərbaycana rəsmi səfərinin yekunlarını yüksək qiymətləndiriblər. Görüşdə yaxın gələcəkdə ikitərəfli dialoqun prioritet istiqamətləri müzakirə edilib.

İqor Jovkva Ukrayna və Azərbaycanın birgə layihələr həyata keçirməsinin əhəmiyyətini qeyd edib. Əlavə edib ki, infrastruktur və energetika sahələrində həyata keçirilən layihələr daha mühümdür.

Xələf Xələfov Azərbaycanın qarşılıqlı maraq kəsb edən bütün sahələrdə Ukrayna ilə əməkdaşlığın dərinləşdirilməsi niyyətini təsdiq edib. O, həmçinin iki dövlətin beynəlxalq platformada fəal əməkdaşlığını yüksək qiymətləndirib.

Görüşdə 2020-ci il yanvarın 30-31-də Kiyevdə keçirilən Azərbaycan-Ukrayna İqtisadi Əməkdaşlıq Məsələləri üzrə Hökumətlərarası Komissiyanın 12-ci iclasının gələcək nəticələrinə xüsusi diqqət yetirilib.