Xərçəng xəstəliyinin əlacı tapıldı

40

 

Yeni bir dərman kombinasiyasının köməkliyi ilə uzun müddət xərçəng xəstəliyindən əziyyət çəkən xəstələrin həyatları xilas oluna bilər.

Hollandiyanın paytaxtı Amsterdamda təşkil edilən Avropa Xərçəng Konqresində mütəxəssislər yeni dərman sayəsində xroniki xəstəliklə birgə də olsa xəstələrin həyatlarına davam edə biləcəklərini bildiriblər.

Yeni müalicə üsulu haqqında ətraflı tədqiqat aparan Stephen Hodinin sözlərinə görə, xərçəng xəstəliyinin müalicəsində xeyli nailiyyətlər əldə olunub.

“Bir neçə il əvvəl “dəri xərçəngi” ilə “müalicə” sözünü bir cümlədə işlətmək xəyal idi. Ama indi biz bu yöndə irəliləyirik” Mütəxəssislər hesab edir ki, xərçəng xəstəliyi 5-10 il sonra ölümcül xəstəliklər siyahısından çıxacaq.