“Xərclənir, deyirlər niyə xərclənir, xərclənməsə, deyilir, niyə xərclənmir?!”

“Büdcənin 97 faiz icra edilməsi dünyada yaxşı nəticə kimi qəbul olunur. Rusiyada bu 94 faizdir”.

XALQ.AZ-ın xəbərinə görə, bunu Milli Məclisin bu gün keçirilən növbədənkənar sessiyasının dördüncü iclasında deputat Tahir Mirkişili deyib. O bildirib ki, büdcə xərclərindən qalan pullar sosial xərclərin ödənilməsinə yönəlib:

“Əgər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi dövlət büdcəsindən oğurlanan pulların qarşısını alırsa, bunun nəyi pisdir? Xərclənir, deyirlər niyə xərclənir, xərclənməsə, deyilir, niyə xərclənmir?! Bu gün büdcə xərcləri qənaət rejimində yerinə yetirilir”.