Xəstəxanalarda çarpayı çatışmazlığı var – Nazirlik rəsmisi

Hazırda ölkədə koronavirusa yoluxan insanların sayı çoxdur. Bu say xəstəxanalar və tibb personalına çox böyük yük yaradır.

XALQ.AZ-ın məlumatına görə, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahın brifinqində Səhiyyə Nazirliyinin Aparat rəhbəri Nadir Zeynalov bildirib.

Onun sözlərinə görə, xəstəxanalarda daha ağır xəstələrin yerləşdirilməsinə şərait yaradılması üçün yüngül simptomları olan xəstələrin ev şəraitində müalicəsinə çalışılır:

“Bu gün xəstəxanalarda çarpayı fondunda çətinliklər yaşanır. Eyni zamanda xəatəxanalarda hər bir xəstəyə ciddi və mütəmadi nəzarət olunur. Bu işdə həkimlər, tibb işçiləri çox yüklənir. Məhz həkimlərin yükünü azalması məqsədilə ev şəraitində müalicə metodu yaratdıq. Bu barədə bayaq rəqəmləri də açıqladım. Düzgün metod kimi bütün dünya ölkələrində də yüngül simptomlu xəstələrin evdə izolyasiya olunması tətbiq olunur”.