Xəstəxanalarda yaralı çoxdur-Ermənistanda gərginlik

Ermənistanda koronavirusa yoluxanların sayı 63 000 nəfərə çatıb.

XALQ.AZ-ın erməni KİV-lərinə istinadən məlumatına görə, son sutka ərzində 1 540 nəfərdə infeksiyaya yoluxma faktı aşkarlanıb.

Bundan başqa, daha 11 nəfərin ölümü qeydə alınıb.

Bu günədək Ermənistanda 1 067 nəfər koronavirusdan ölüb, 13 694 nəfərin müalicəsi isə davam edir.

Qeyd edək ki, ölkədə fövqəladə vəziyyət ləğv edilsə də, karantin rejimi 2021-ci il yanvarın 11-dək uzadılıb.

Sosial şəbəklərdə yayılan son məlumata görə COViD19 yoluxmuş insanlar xəstəxanlara yerləşdirilmir. Belə ki, yaralı hərbçilərin çox olması ilə əlaqədar çarpayı çatışmamzlığı və yer olmadığı bildirilir.