Xətai rayonunda aksiya

Aksiya

Aksiya keçirilən yerə Bakı Şəhər İcra Hakimiyyətinin nümayəndələri gəliblər. Onlar sakinləri aksiyanı dayandırmaq üçün yola gətirməyə çalışırlar. Sakinlər isə çıxarılan ağacların yerinə basırılmasını tələb edirlər və yalnız bu halda aksiyanın dayandırılacağını bildirirlər. Xətai bələdiyyəsinin sədri isə sakinlərə söz verib ki, bu gün saat 18.00-adək ağaclar bərpa olunacaq.

10.48

Hazırda Məzahir Rüstəmov 21 ünvanında yerləşən bina sakinləri aksiya keçirir. Bina sakinləri yeni salınan parklarının gecə saatlarında naməlum şəxslər tərəfindən dağıdılmasına etiraz edərək yaxınlıqdakı yolu bağlayıblar. Sakinlərin sözlərinə görə, təkcə bu gecə 30 ağac kökündən çıxarılıb. Tikiləcək obyektin özülü qazılıb. Qeyd edək ki, sözügedən məkanda ikinci dəfədir ki bu olay baş verir. Aksiya davam edir.