Xəzər dənizi buz bağlayıb

Ölkənin Şimal bölgəsində şaxtalı hava şəratinin hökm sürməsi Xəzər dənizinin də donmasına səbəb olub.

Hazırda dəniz 300 metr məsafədə buz bağlayıb. Dənizin suyu sahildən içəriyə doğru xeyli məsafədə donaraq iri buzlaqlar əmələ gəlib. Dənizdəki buz qatının qalınlığı isə təxminən 30 sm-dən 1 metrə qədər çatır. Dənizin ortasındakı donmuş buz layının paytaxt istiqamətinə doğru enli bir xətt kimi uzandığı da aydın görünür. Yerli sakinlərin dediklərinə görə, dənizin bu hissəsi sonuncu dəfə 1969-cu ildə donub.