“Xəzər Lənkəran” jurnalistlər üçün müsabiqəyə start verdi

Xezer-Lenkeran

“Xəzər Lənkəran” Futbol Klubunun 10 illik yubileyi ilə əlaqədar İdman Araşdırmalar Mərkəzi klubla birgə yeni bir lahiyəyə start verib.

Klubdan Xalq.az-a verilən məlumata görə, İAM klubla birgə “ Xəzər Lənkəran” futbol klubunun tarixi və inkişaf perspektivləri” mövzusunda yazı müsabiqəsini aşağıdakı formada elan edib:

Müsabiqənin şərtləri:

  1. Yazı elan edilmiş mövzuya uyğun olmalıdır (Elan olunmuş mövzunun sərlövhəsinin dəyişdirilməsinə yol verilmir);

  2. Müsabiqəyə hər jurnalist yalnız bir yazı təqdim edə bilər;

  3. Yazı qəzetlərdə və ya saytlarda dərc edilməlidir;

  4. Yazıda “İdman Araşdırmalar Mərkəzinin “Xəzər Lənkəran” futbol klubunun 10 illik yubileyi münasibətilə elan etdiyi müsabiqəyə təqdim etmək üçün” qeydi göstərilməlidir;

  5. Yazının dərc olunduğu mətbu orqan (qəzetdirsə 1 nüsxə, saytdırsa, linki), A4 formatda çap (3 nüsxə – müəllifin imzası göstərilməməlidir) variantları İAM-ın Ekspert və Qiymətləndirmə Qrupuna təqdim olunmalıdır;

  6. Yazılar A3 formatda 1 səhifədən (9 – 11 min işarə) çox olmamalıdır.

  7. İAM-ın Ekspert və Qiymətləndirmə Qrupuna yazıların son təqdim edilmə tarixi 30 aprel 2014-cü ildir.

Qiymətləndirmə meyarları:

  • mövzunun əhatə olunması, jurnalist araşdırması, əsaslandırma;

  • materialın oxucu üçün informasiyalılıq səviyyəsi;

  • dil və üslub xüsusiyyətləri, bədii-estetik ifadəsi;

  • jurnalist obyektivliyi, qərəzsizliyi, tərəfsizliyi və məsuliyyəti;

Müsabiqəyə təqdim olunmuş yazıların mükafatlandırılması:

I yer – 800 manat;

II yer – 600 manat;

III yer – 400 manat;

Həvəsləndirici mükafat – (3 nəfər) hərəyə 200 manat.