“Xəzər Lənkəran” “Qəbələ”ni məğlub etdi

Xezer

Dünən futbol üzrə Topaz Premyer Liqasında 29-cu tura start verilib.

Xalq.az-ın verdiyi məlumata görə, turun oyunları iki gün ərzində keçiriləcək.

“Xəzər Lənkəran” futbol klubu doğma meydanında “Qəbələ” komandasını 1-0 hesabı ilə məğlub edib. Topu oyunun 71-ci dəqiqəsində E.Mbilla vurub.

XƏZƏR LƏNKƏRAN – QƏBƏLƏ – 1:0
Qol: E.Mbilla, 71 (1:0).
Hakimlər: Rauf Cabbarov, Mehman Mahmudov, Rza Məmmədov, Nail Nağıyev.
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Ömər Paşayev.
Lənkəran. “Xəzər Lənkəran” mərkəzi stadionu.

“Xəzər Lənkəran”ın baş məşqçisi Mustafa Dənizli oyundan sonra keçirilən mətbuat konfransında deyib: “Komandanın sərgilədiyi oyundan razı qaldım. Hesab daha böyük ola bilərdi. Amma onu da nəzərə almaq lazımdır ki, rəqib cavab topu vurmaq üçün hücuma atıldığından, müdafiə xəttində boşluq yaranmışdı. Əsas heyətin 3 üzvü – Adrian Skarlatake, Tural Cəlilov və Tyaqo Xesus zədə səbəbindən bizə kömək edə bilmədi. “Qəbələ” ilə kubokun yarımfinalında da qarşılaşacağıq. Bu səbəbdən daha diqqətli olmalıyıq”.

Lənkəran klubunun qapıçısı Orxan Sadıqlı isə bunları bildirib:

“Gərgin oyun keçdi. Bu komanda ilə yenə də görüşəcəyik. Ola bilər ki, növbəti matçda “Qəbələ” fərqli oyun göstəsin. Bu gün qələbəyə layiq oynadıq. Yəni bizdə istək daha çox idi”