Xəzərdə zəlzələ olub

XALQ,AZ xəbər verir ki, Aprelin 6-da Nardarandan 15 kilometr şərqdə, Xəzər dənizində 3,1 bal gücündə zəlzələ baş verib. Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatında deyilir ki, yeraltı təkanlar yerli vaxtla saat 18:41:07-də qeydə alınıb. Ocağı 50 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.

 

Elgün