Xaçmaz polisi onların sevincinə qoşuldu – FOTO

Xaçmaz Rayon Polis Şöbəsinin əməkdaşları 31 dekabr – Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə rayonda yaşayan torpaqlarımızın müdafiəsi uğrunda şəhid olmuş soydaşlarımızın ailələrinə, eləcə də maddi cəhətdən imkanı zəlan aztəminatlı ailələrə bayram sovqatları paylayıblar.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan XALQ.AZ-a verilən məlumata görə, şöbə əməkdaşları həmin ailələrin hər birini ziyarət edərək, onların bayram sevinclərinə qoşulublar. Ailələrə müxtəlif ərzaq məhsullarından ibarət sovqatlar və hədiyyələr təqdim edən polislər, qarşıdan gələn Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə onları təbrik ediblər.

Bayram ərəfəsində Xaçmaz RPŞ-i tərəfindən həyata keçirilən bu təşəbbüs vətəndaşlar tərəfindən də böyük sevinclə qarşılanıb, onlar göstərilən bu diqqət və qayğıya görə başda DİN rəhbərliyi olmaqla, RPŞ-nin rəisinə və bütün polis əməkdaşları minnətdarlıqlarını bildirirlər.

29.99 ₼ -dan başlayan qiymətlərlə
* Intel Core i3-2100 3.1GHz 2c
* 1x 500GB SATA və ya 1x 120GB SSD Disk Həcmi
* 4GB DDR3 RAM
* 50TB Trafik
* 100Mbit/s Sürət
Ətraflı məlumat üçün daxil olun:
https://hostimul.com/az/fiziki-server/