Xaçmazda dəhşətli avtoqəza

 

06

Xaçmaz rayonu ərazisində minik avtomobili çaya düşüb.

 

Xalq.az Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, sentyabrın 22-də Xaçmaz rayonunda Xaçmaz-Quba avtomobil yolunun 4-cü kilometrliyində VAZ markalı minik avtomobili körpüdən çaya aşıb.

Hadisə yerinə FHN-in müvafiq xilasetmə qüvvələri cəlb olunub.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, sürücü, 1968-ci il təvəllüdlü Səlimov İlqar Aləmşah oğlu aldığı ağır bədən xəsarətindən hadisə yerində vəfat edib və deformasiyaya uğramış nəqliyyat vasitəsində sıxılmış vəziyyətdə qalıb.

Xilasedicilər deformasiyaya uğramış minik avtomobilindən İ. Səlimovun cəsədini təhlükəsizlik qaydalarına riayət etməklə xüsusi alət və avadanlıqlar vasitəsi ilə çıxararaq aidiyyəti üzrə təhvil veriblər.