Xaləddin İsgəndərov vəzifəsindən azad edildi – Sərəncam

Binəqədi rayon icra başçısı Xaləddin İsgəndərov vəzifəsindən azad edilib.

XALQ.AZ xəbər verir ki, X.İsgəndərov hazırda kollektivlə vidalaşır, qurumda təhvil-təslim aparılır.

Başçının səlahiyyətləri birinci müavini İlqar Süleymanova həvalə olunub.


Qeyd edək ki, artıq dövlət başçısının bununla bağlı müvafiq sərəncamı açıqlanıb.