Xalq artisti: “Günə 10-15 manat qazanırdım”

ARB TV-nin “Boş anlar” proqramının növbəti qonağı xalq artisti Nurəddin Mehdixanlı olub.

Aktyor çətin keçən tələbəlik illərindən danışıb:

“Tələbəlik illəri mənə çox şey öyrətdi. Atam hüquqçu, mən isə hərbiçi olmaq istəyirdim. Sonradan gəldim İncəsənət Universitetinə. Atam məndən imtina etdi. Dedi ki, nə qədər ki, orada oxuyursan, mənim oğlum deyilsən.

Kifayət qədər imkanlı ailə idik, amma mənə kömək etmədilər. Mən də tələbə vaxtı gündüzlər oxuyub, gecələr işləyirdim. Dəniz Vağzalına gedib günə 10-15 manata müxtəlif işlər görürdüm”.

XALQ.AZ

Yeganə

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.