Xalq artisti təsərrüfatçı oldu

oylardan əlini üzən xalq artisti Səməd Səmədov təsərrüfat işlərinə başlayıb.

XALQ.AZ xəbər verir ki, Fatmayidə yerləşən bağında xeyli sahədə tərəvəz məhsulları yetişdirən müğənni onların topdan satşı üçün müştəri axtarır.

Bu işdə ona dəstək verən “Qismət” qrupunun rəhbəri, tanınmış müğənni Tural Qismət bildirib ki, artıq satış üçün onlar 8-ci kilometr bazarında yer də icarəyə götürüblər.

35-40 ildir ki, toylarda krallıq edən Səməd Səmədov indilik başqa çıxış yolu olmadığına görə dolanmaq üçün bu biznesə əl atdığını bildirib.

Səməd Səmədovdan ŞOK ADDIM - Pomidor-xiyar satmağa başladı - VİDEO ...

Amma bununla belə xalq artisti toyların tezliklə başlayacağına ümid etdiyini deyib.