Xalq artisti və gənclərin arasını kim vurdu?

Semed

Çoxdandır efirlərdə görülməyən xalq artisti Səməd Səmədov gənclər ilə razılığa gələ bilməyib.

XALQ.AZ-ın məlumatına görə, sənətçinin xeyli müddətdir işbirliyi etdiyi “Qismət” qrupu ilə arası dəyib. Bu barədə qrupun üzvü Tural Məmmədov açıqlama verib:

“Neçə illər idi ki, qrup qalxmağa çalışırdı. Nəhayət son vaxtlar tam tanınırıq və bu Səməd Səmədovun ətrafındakıları yaman narahat edir. Dəfələrlə aramızı vurmağa çalışıblar, alınmayıb. Amma verilişlərdən birində Səməd bəyin bir vaxtlar duet oxuduğu Sevda Eliqızı buna nail oldu, aramızı vurdu. Haqsızlığın ən böyüyü isə Səməd Səmədovun prodüsseri Rövşənin onunla əl bir olmasıdır” – deyərək Tural fikirlərini açıqlayıb.

Qeyd edək ki, xalq artisti və gənclərdən ibarət “Qismət” qrupu əksər el şənliklərində birlikdə çıxış edirdilər. S.Səmədov gənclərin tanınmağı üçün əlindən gələni edib.