Xalq artisti Xocalı günü restoranda

5

 

Xalq artisti Səməd Səmədov Xocalı soyqrımı gününü unudub. Mövqe.az-ın əməkdaşı müğənniləri yoxlamaq üçün onlarla əlaqə saxlayıb. Səməd Səmədovla jurnalistin dialoqunu olduğu kimi sizə təqdim edirik:

-Salam, Səməd müəllim, necəsiz?

-Salam, çox yaxşı.

-Səməd müəllim, bu gün iş yoldaşımızın ad günü tədbiri var. Sizi dəvət edirik. Gələ bilərsinizmi ?

-Bəli, gələrəm. Tədbir haradadır?

-“Niaqara” restoranında.
-Alınar, gələrəm bu gün.

-Səməd müəllim, neçəyə gələrsiniz?
-Nə qədərə gücünüz çatar?

  • Təxmini 1 saata 500 manat verə bilərik.
  • Yox, mən ancaq yarım saata 500-ə gələrəm.

  • Səməd müəllim, onsuz da bu gün Xocalıdır. Yəqin tədbiriniz olmaz. Nə olar ki, ucuz gəlsəniz…

  • Aaaa. Bu gün Xocalıdır. Hər yer bağlıdır. Siz utanmırsınız məni yoxlayırsınız? Ağsaqqal kişiyəm. Mən elə bildim sabahı deyirsiniz. Ona görə razılaşdım. Ayıb olsun sizə. Mən gəlmirəm.

Bu dialoqdan sonra S. Səmədov dediyini danmağa çalışsa da, öncə dedikləri xalq artistinin xalqın faciə günündən bixəbər olduğunun sübutu idi. S. Səmədova isə bizi ayıb iş görməkdə qınamaqdansa, özünü xalqın sənətçisi kimi aparmağı, tariximizin qan yaddaşına qara hərflərlə həkk olunmuş günləri unutmamağı tövsiyyə edirik.