Xalq artistinə 200 minlik hədiyyə – FOTO

Xalq artisti Məleykə Əsədovaya bahalı ərəb atı hədiyyə edilib.
XALQ.AZ  xəbər verir ki, Məleykə Əsədovaya “Uğur” adlı bahalı ərəb atı bağışlayıblar. Məsələ ilə bağlı saytımıza açıqlama verən xalq artisti at saxladığını və atın hədiyyə olduğunu bildirib:
“Mənim 3 ildir atım var. Mehdiabad qəsəbəsində 2-ci Savxozda yerləşən atçılıq mərkəzində saxladıram. Həmin at ərəb atıdır. Çoxdandır atımı görməyə getmirdim, sırağa gün – şənbə günü getmişdim”.
Xalq artisti Məleykə Əsədova atın qiyməti ilə bağlı sualımıza cavab vermək istəmədi:
“Mən atın qiyməti haqda danışmaq istəmirəm. Elə imkana malik adam deyiləm ki, o cins at alım. Ərəb atını mənə ad günümdə hədiyyə olunub. Sənətçiyə hədiyyə edərlər də”.
Əldə etdiyimiz məlumata görə Mehdiabad qəsəbəsində yerləşən atçılıq mərkəzində bir atın aylıq saxlanma qiyməti 500 manatdır. Həmin mərkəzdə də hər at qəbul edilmir. Yalnız xüsusi cins atları həmin atçılıq mərkəzində saxlatdırmaq mümkündür.
Qeyd edək ki, ölkəmizə gətirilən xüsusi ərəb atlarının ən ucuzunun qiyməti 150-200 min manatdan başlayır.


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.