Xalq artistindən acı xəbər

Xalq artisti Fəxrəddin Manafovun Almaniyaya getməsi ilə bağlı xəbərlər yayılıb.
XALQ.AZ Kulis.az-a istinadən xəbər verir ki, məsələni dəqiqləşdirmək üçün aktyorla əlaqə saxlanılıb.
F.Manafov hazırda Almaniyada xəstəxanada olduğunu təsdiqləyib: “Hazırda Almaniyada klinikadayam. Danışmaq imkanım yoxdur”.
Aktyor bildirib ki, bu barədə geniş danışmaq istəmir, daha sonra lazım gələrsə mətbuatda açıqlama verəcək.