Xalq artistini toyda döydülər

Muganni

Məşhur Özbəkistan müğənnisi, xalq artisti Yılduz Usmanovanı paytaxt Daşkənddə toyda olarkən döyüblər.

Xalq.az-ın məlumatına görə, bu barədə hadisə şahidləri “Azadlıq” radiosunun Özbəkistan xidmətinə deyiblər.

Şahidlərin sözlərinə görə, Daşkənddə “Osiyo Grand” restoranında 30-35 yaşında olan bir şəxs rəqs edə-edə Yulduz Usmanovaya yaxınlaşaraq qulağına nə isə deyib və pul təklif edib. Müğənni isə pulu götürməkdən imtina edib və həmin şəxsin əlini itələyib. Bundan əsəbləşən gənc Yılduz Usmanovaya bir şillə vurub. Müğənni zərbənin təsirindən yerə yıxılıb. Müğənninin musiqi qrupunun üzvləri ona köməyə gəlsələr də əsəbləşən şəxs onlardan ikisini döyüb. Xalq artisti restoranı tərk edəndən sonra polisə şikayət ərizəsi yazıb. Lakin müğənni və onun musiqiçilərini döyən şəxs hələlik saxlanılmayıb.

Qeyd edək ki, Yılduz Usmanovanın Özbəkistanda çıxışları qadağan edilmişdi. Bu illər ərzində o, Türkiyədə yaşayırdı. Qadağa ləğv edildikdən sonra xalq artisti ölkəsinə qayıdıb. Son məlumatlara görə, Yılduz Usmanova Özbəkistan prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın təşkil etdiyi gecələrdən birində mahnı ifa edib. Bundan sonra Özbəkistan Mədəniyyət Nazirliyi onu yenidən “qara siyahı”ya salıb.