Xalq artistinin ailəsində ağır itki

Xalq artisti Həmidə Ömərovanın ailəsində ağır itki baş verib.

XALQ.AZ xəbər verir ki,  aktrisanın analığı dünyasını dəyişib. Bu haqda H.Ömərovanın özü xəbər verib: “Yubileyinə hazırlaşırdıq… Sudabə ana, bacı-qardaşlarımın anası, mənim ikinci anam. Gülərüz, xoşxasiyyətli, təvazökar, mehriban anamız. Arzumuz ürəyimizdə qaldı. İkinci anam, atamın ikinci ailəsinin ömür-gün yoldaşı. Ən əsası gözəl insan. Anam rəhmətlikdən sonra arxa-dayaq bildiyim ikinci anam”.

Qeyd edək ki, mərhum H.Ömərovanın atasının ikinci həyat yoldaşıdır.

 

 

 

Orxan


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.