Xalq Cümhuriyyəti bizim fəxr mənbəyimizdir

Azərbaycan Xalq Cümhuriyyəti bizim fəxr mənbəyimizdir”.

XALQ.AZ xəbər verir ki,    Milli Məclisin deputatı, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib.

Əflatun Amaşov qeyd edib ki, biz şərqdə ilk demokratik dövlət və parlament qurmuşuq: “Azərbaycan Xalq Cümhuriyyəti xalqımızın, dövlətimizin gələcək pasportudur. Azərbaycan Xalq Cümhuriyyəti şərqdə ondan sonra yaranan demokratik dövlətlər üçün baza rolunu oynayıb. Başqa ölkələrdə də Azərbaycan Xalq Cümhuriyyətinə dayaq dövlətlər yaranıb. 2018-cı ilin “Azərbaycan Xalq Cümhuriyyəti İli” elan edilməsini yüksək qiymətləndirirəm. Bu dövlətimizin tariximizə olan böyük diqqəti və qayğısıdır. Bu addım keçmişimizə arxalanmaq, gələcəyimizə isə tariximizi öyrətməkdir. Keçmişi öyrənmədən gələcəyi düzgün qurmaq olmaz”.