Xalq yazıçısına Vaqif Səmədoğlu medalı təqdim edildi

Bu gün xalq şairi Vaqif Səmədoğlunun doğum günü münasibəti ilə Vaqif Səmədoğlu Mərkəzi və Səməd Vurğun Ev Muzeyinin əməkdaşları, həmçinin AYB rəhbərliyi birinci Fəxri Xiyabanda Vaqif Səmədoğlunun məzarını ziyarət ediblər.
Bu barədə Vaqif Səmədoğlu Mərkəzinin sədri Nüşabə Vəkilova məlumat verib.
Daha sonra Səməd Vurğunun Ev Muzeyində Vaqif Səmədoğluya həsr edilmiş tədbir keçirilib. Tədbirdə bir qrup şəxsə – yazıçı Anar Rzayevə, professor Rüstəm Kamala, şair Fərid Hüseynə, şair Elxan Zal Qaraxanlıya, tərcüməçi Aliyə Səmədovaya və tənqidçi İradə Musyevaya Vaqif Səmədoğlu medalı təqdim edilib.

Kult.az