Xalqımız fəxrlə Heydər Əliyevi Azərbaycan dövlətçiliyinin banisi və memarı adlandırır

Hər bir xalqın taleyində ağır sınaqlar olur. Tarixin taleyüklü məqamlarında vətəni ağır sınaqlardan çıxarmaq vəzifəsi böyük tarixi şəxsiyyətlərin üzərinə düşür və onlar bütün varlıqları ilə vətəninə, xalqına bağlı olurlar. Belə tarixi şəxsiyyətlərdən biri də Azərbaycan xalqının Ümummilli lideri Heydər Əliyevdir. Dünaynın ən qüdrətli simaları sırasına yüksələn Ulu öndərimiz ən mürəkkəb, ən ağır, hətta çıxılmaz vəziyyətlərdən ən yaxşı çıxış yolu tapmaq bacarığına malik fenomenal şəxsiyyət kimi hər birimizin qəlbində yaşayır və yaşayacaqdır.

Heydər Əliyev hələ 1969-cu ildə respublika rəhbərliyinə gəlişi ilə ölkədəki tənəzzül prosesinin qarşısını almış və keçmiş Sovet Respublikaları arasında Azərbaycan onun rəhbərliyi ilə böyük bir inkişafa nail olmuşdur.

XX əsrin 90-cı illərinin əvvələrində dövlət müstəqlliyimizi itirmək təhlükəsi qarşısında qaldığımız bir vaxtda xalqımız ümid yeri kimi üzünü Heydər Əliyevə tutdu və Ulu şəxsiyyətin biliyi, bacarığı, uzaqgörən siyasəti nəticəsində Azərbaycan məhvdən, parçalanmaqdan xilas oldu. Dünən də, bu gündə xalqımız gözəl başa düşür ki, Ümummilli liderimiz olmasaydı indi Azərbaycan, Azərbaycan dövlətçiliyi olmazdı.

Ulu öndərimizin müdrikliyi, qətiyyəti və iradəsi sayəsində dövlət müstəqilliyimiz sarıslmaz və əbədi olmuşdur. O, dahi insan müstəqil dövlət qurmaqla yanaşı, eyni zamanda hamımızı birləşdirən –Azərbaycançılıq ideologiyasını da yaratmışdır. Odur ki, xalqımız fəxrlə Heydər Əliyevi Azərbaycan dövlətçiliyinin banisi və memarı adlandırır.

Onun uzaqgörən siyasəti nəticəsində ölkəmizin təbii sərvətlərindən səmərəli istifadə edilməsi, bu gün xalqımızın xöşbəxt rifah halına zəmin yaratmış, böyük lahiyələrin reallaşmasına, ölkəmizin iqtisadiyyatının bütün sahələrinin inkişafına, yeni istehsal sahələrinin yaradılmasına, yüz minlərlə iş yerlərinin açılmasına səbəb olan Əsrin müqaviləsinin imzalanması Ulu öndərimizin titanik fəaliyyətinin məntiqi nəticəsi idi.

Ümummilli lider Heyər Əliyev həyat və fəaliyyətinə hər dəfə nəzər salanda başa düşürəm ki, onun parlaq zəkasının dərinliklərində Azərbaycançılıq, milli həmrəyliyi, bütövlüyü təmin etmək, milli təəssübkeşlik və vətənpərvərlik hissini gücləndirmək durmuşdur. Ulu öndərimizin müəllifi olduğu, sistemləşdirdiyi Azərbaycançılıq ideologiyası bütün dünyada yaşayan azərbaycanlıları əhatə edərək dünya azərbaycanlılarının milli istinad mənbəyinə çevrilibdir. Müstəqillik illərində Ümummilli lider Heydər Əliyevin rəhbərliyi ilə görülən işlər azərbaycançılıq ideologiyasının təbliği və mənimsənilməsində müstəsna əhəmiyyət kəsb edir. Yaşadığımız ötən dövr göstərdi ki, müstəqillik yolumuz Ümummilli lider Heydər Əliyevin parlaq zəkasının, onun torpağımıza, insana olan sevgisinin təzahürüdür. Azərbaycan xalqı çox haqlı olaraq bu illər ərzində ölkəmizdə bütün sahələrdə uğurlara aparan parlaq bir yolu Heydər Əliyev yolu adlandırır.

Bu gün Azərbaycan Ümummilli liderimizin ideyalarını uğurla davam etdirən möhtərəm Prezidentimiz cənab İlham Əliyevin rəhbərliyi ilə geniş və hərtərəfli inkişaf yolundadır.Heydər Əliyev irsinin layiqli davamçısı kimi Prezident İlham Əliyevin müəllifliyi ilə müasir Azərbaycan tarixinin şanlı səhifəsi yazılır.

Cənab Prezident yeni əsrin yeni lideri olaraq ölkəmizi demokratik, hüquqi, dünyəvi dövlət quruculuğu yolu ilə inamla irəli aparır. Haqlı olaraq dünyanın ən iri dövlətlərinin rəhbərləri də etiraf edirlər ki, cənab Prezident İlham Əliyevin hakimiyyət illəri ölkənin dinamik inkişafı, sürətlə modernləşməsi, dünyada nüfuz və söz sahibinə çevrilməsi ilə səciyyəvidir. Məhz cənab İlham Əliyev düşünülmüş islahatları və müdrik qərarları ilə həyatımıza yeni bir nəfəs gətirib, Azərbaycanı dünyanın inkişaf edən ölkələri sırasına çıxarıbdır. Onun siyasətinin mərkəzində insan amili dayanır. Amalı qurub-yaratmaq, xalqını daha xoş günə, firavan həyata qovuşdurmaqdır. Xalqa xidmət etmək, hər bir azərbaycanlının Prezidenti olmaq onun həyat fəlsəfəsidir. Möhtərəm Prezidentimizin rəhbərlik etdiyi 17 ilə nəzər saldıqda hamımız bir daha şahid oluruq ki, cənab İlham Əliyev öz həyat fəlsəfəsini əməlində gercəkləşdirməyi bacardı və hər bir azərbaycanlının Prezidenti ola bildi.

İlham Məmmədov

Milli Məclisin deputatı