Xalqımız Prezident İlham Əliyevə güvənir və inanır

Dünyanı çənginə alan koronavirus infeksiyasına yoluxma halı bütün ölkələrdə yüksələn templə davam etməkdədir. Statistikaya əsasən 200-dən artıq ölkədə yoluxma sayı 2.5 milyon nəfərə çatıb. Ölənlərin sayı isə 170 mini ötüb Koronavirusun həm də dövlətləri ağır sınaq qarşısında qoyduğunu desək yanılmarıq. Reallıq ondan ibarətdir ki, yuxarıda sadalan inkişaf etmiş Qərb dövlətlərinin modern səhiyyə sistemi və inzibati orqanları virusun yayılmasının indiki təhlükəli həddə yüksəlməsinin qarşısını zamanında ala bilməyib. Ona görə artıq səhiyyə infrastrukturu və tibbi personal baxımından yoluxanların müalicəsində ciddi çətinliklər yaşanır. Əslində, onların hər biri kifayət qədər modern səhiyyə sisteminə malikdir. Elm və texnologiyanın inkişafının ən yüksək mərhələsinə gəlib çatdığımız müasir dövrümüzdə bəşəriyyət üçün hər hansı epidemiyanın qarşısının alınması mümkünsüz görünmürdü. Lakin koronavirus göstərdi ki, insanlar yanılırlar və müasir tibb hələlik bu mərəzin qarşısında acizdir.

XALQ.AZ-a açıqlamasında Milli Məclisin sabiq deputatı, 295 nömrəli tam orta məktəbin direktoru Dilarə Cəbrayılova bildirib ki, dekabr və yanvar aylarında uzaqdan müşahidə etdiyimiz koronavirus təəssüf ki, fevralın sonlarında Azərbaycanda da qeydə alındı. Əslində, burada qəribə nəsə axtarmağa da lüzum yoxdur. Ən azından ona görə ki, Azərbaycan dünyaya açıq, demokratik dövlətdir. Vətəndaşların xaricə, eləcə də əcnəbilərin ölkəmizə gediş-gəlişində heç bir problem yoxdur. Lakin əsas odur ki, virusun əlaməti görünən ilk gündən Azərbaycan hökuməti onun yayılmasının qarşısını almaq üçün dərhal hərəkətə keçdi, koronavirus xəstəliyinin Azərbaycan ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması, profilaktik və təxirəsalınmaz tədbirlərin operativ həyata keçirilməsi məqsədilə Nazirlər Kabineti yanında aidiyyəti dövlət orqanlarının və qurumlarının rəhbər şəxslərindən ibarət qərargah yaradıldı. Həmçinin qabaqlayıcı tədbirlərin görülməsi və respublikanın bütün ərazilərində monitorinqin aparılması üçün aidiyyəti sahə mütəxəssislərindən ibarət ekspert qrupları təşkil olundu. Qonşu ölkələrlə gediş-gəlişin, məktəblərin, bağçaların, idman zallarının, ticarət və əyləncə mərkəzlərinin fəaliyyətinin dayandırılması, park və ictimai istirahət yerlərinə girişin qadağan olunması, kütləvi tədbirlərin keçirilməsinin təxirə salındı Azərbaycanda koronavirus infeksiyası probleminin bir sıra ölkələrdəki kimi təhlükəli hal almasının qarşısını aldı.
2020-ci ilin birinci rübünün sosial-iqtisadi yekunlarına həsr olunan videokonfrans şəklində müşavirədə Prezident İlham Əliyev bu barədə deyib: “Koronavirus böyük bəladır, 100 mindən çox insanın həyatına son qoyub. Demək olar ki, dünyanın bütün ölkələrində koronavirusla bağlı problemlər yaşanır. Azərbaycan da dünyanın bir parçasıdır. Ancaq deyə bilərəm ki, qabaqlayıcı tədbirlər və düşünülmüş siyasət nəticəsində biz vəziyyəti nəzarət altında saxlayırıq. Hesab edirəm ki, bu günə qədər atılmış bütün addımlar düzgün istiqamətdə atılmış addımlardır. Məhz bu addımların atılması nəticəsində Azərbaycanda vəziyyət nəzarət altındadır. Əgər bu addımlar vaxtında atılmasaydı və biz düşünülmüş strategiya çərçivəsində məhdudlaşdırıcı rejimi mərhələli yollarla sərtləşdirməsəydik, bu gün xəstələrin sayı min yox, bəlkə də 10 min, bəlkə də 20 min ola bilərdi”.
Baş verən son proseslər dövlətin, həmrəylik hissinin, milli birliyin cəmiyyət üçün nə qədər böyük dəyərlər olduğunu göstərdi. Güclü, çətin sınaqlarda vətəndaşlarını qorumağı bacaran bir dövlətə sahib olmaq duyğusunun da qürurunu yaşatdı. Biz bunu pandemiya böhranının ilk günlərindən Azərbaycan hökumətinin həyata keçirdiyi ardıcıl tədbirlərdə gördük.
Son günlərin mənzərəsi Azərbaycan vətəndaşının dövlətin həyata keçirdiyi siyasətə dəstəyini, cəmiyyətimizdəki milli həmrəyliyi də bir daha nümayiş etdirdi. Koronavirus infeksiyasına yoluxma hallarının azaldılması üçün ən effektiv təcrübə insanların mümkün qədər bir-birindən təcrid vəziyyətində yaşamasıdır. Bu baxımdan indi hər bir kəsin səhhəti üçün ən etibarlı yer evdir. Ona görə də Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında yaradılmış Operativ Qərargah müəyyən məhdudiyyət və qadağalar tətbiq edir. Vətəndaşlarımıza evdə qalmaq, zərurət olmadıqca küçəyə çıxmamaq, bir-biri ilə üzbəsurət ünsiyyətdən çəkinmək tövsiyə olunur. Bu qadağa və tövsiyələr bütün kommunikasiya kanalları vasitəsilə mütəmadi şəkildə əhalinin diqqətinə çatdırılır. Bunlar hökumətin gördüyü tədbirlərdir, müəyyən etdiyi direktivlərdir və yerinə yetirilməsi hər birimiz üçün vacibdir. Hökumət vətəndaşları bu tələblərə əməl etməyə çağırır. Eyni zamanda müsbət hal kimi vətəndaşların özlərinin də bir-birini bu tələbə əməl etməyə çağırdıqlarını görürük. “Evdə qal, Azərbaycan!” çağırışı bu günlərin əsas davranış tərzinə çevrilib. Əksəriyyət bir-birinə evdə qalmağı tövsiyə edərkən anlayır ki, bu hal müvəqqətidir. Tezliklə ötüb keçəcək və daha tez, ziyansız ötüşməsindən ötrü dövlətin tələb və tövsiyələrinə hamılıqla əməl etməliyik. Yeni karantin qaydalarının bir məqsədi var: bu xəstəlik Azərbaycanda geniş yayılmasın.
Bu gün dünyada ikinci elə bir ölkə yoxdur ki, orada müstəqil Azərbaycanda olduğu qədər dövlət başçısı və onun komandası tərəfindən vətəndaşına diqqət və qayğı göstərilsin. Ölkəmizdə xalq – iqtidar birliyi məhz qarşılıqlı inam və etimad üzərində bərqərar olub. Azərbaycan xalqı bu diqqət və qayğını daim yüksək dəyərləndirir və Prezident İlham Əliyevin ətrafında daha da sıx birləşir. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən aksiyalar,Heydər Əliyev Fondu aztəminatlı ailələrə və tənha insanlar yardımları bir daha sübüt edir ki, rəhbərliyimizin əsas məramı insan faktorudur. İnsanlarımızın sağlamlığı və gələcəkdə sağlam həyat sürməsü üçün lazımi tədbirlər görülür.
Həyat heç vaxt bir yerdə dayanmır. Əldə olunan uğurları daha da artırmaq, yeni hədəflərə nail olmaq lazım gəlir. Düşünürəm ki, son vaxtlar Azərbaycanda dövlət başçısının təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən sosial və struktur islahatları ölkəmizin hərtərəfli inkişafını təmin edəcək. Deməli, Azərbaycan vətəndaşı bundan sonra da sabit, güvənli bir ölkədə, rifah və bolluq içində yaşayacaq.
Prezident İlham Əliyevin birbaşa nəzarəti, verdiyi tapşırıqlar əsasında reallaşdırılan çoxşaxəli tədbirlər göstərdi ki, ölkəmizdə istənilən vəziyyət idarə olunur. Dövlətimiz hər hansı böhran anını nizama salmaq gücündədir, xoş gündə də, çətin anlarda da öz vətəndaşının yanındadır.
Azərbaycan Prezidenti İlham Əliyevin ünvanına respublikanın hər yerindən gələn, ardı-arası kəsilməyən təşəkkür dolu məktublar yalnız səmimiyyətin etirafı deyil, həm də dövlət başçısının hər sözünün xalq üçün daim qanun kimi ciddi olmasından soraq verir. Həmin məktublardan bəzi sətirlər bir daha təsdiqləyir ki, xalq dövlətinə və onun başçısına güvənir və inanır. Bu bəladan da tezliklə çıxacaq, birlikdə həmrəylik nümayiş etdirərək iqtisadiyyatın ayrı-ayrı sahələrinə dəyən zərəri aradan qaldıracaq.