Xamelyon dondurma ixtira edildi

Dondurma

İspaniyada xamelyon dondurma ixtira edilib.

XALQ.AZ-ın məlumatına görə, bu ixtiranı 37 yaşlı ispan fizik Manuel Linares edib. Onun hazırladığı yeni dondurma temperaturdan asılı olaraq rəngini dəyişir. Yəni, aldığınız göy rəngli dondurma birdən-birə bənövşəyi rəngə çevrilir.

Bu qeyri-adi ixtiranı işıq vasitəsi ilə daha dəqiq müşahidə etmək olur. İxtiraçının sözlərinə görə, bu yeniliyin dondurmanın dadına heç bir mənfi təsiri yoxdur. O bildirib ki, bu təbii inqrediyentlərdən ibarətdir.

Linares məhsulun yaradılması texnologiyasını sirr olaraq saxlayır. Onun fikrincə, bu yenilik dondurma sahəsinə təkan verəcək.

Qeyd edək ki, qeyri-adi dondurma artıq İspaniyada satışa çıxarılıb və böyük maraqla qarşılanıb. Hələlik yalnız Barselonada satılan dondurmalar tezliklə başqa ölkələrdə də satılacaq.