Xanımı “Şirin”ə bahalı hədiyyə alıb

“Bozbash Picture”in Şirini, aktyor Nicat Rəhimovun doğum günü olub. Aktyor 32 yaşını qeyd edib.

XALQ,AZ xəbər verir ki, Nicat özəl gününü iş başında keçirdiyini deyib:

“Rejissor Emil Abdullayevin “Əfsanə qayıdır” adlı filmində rol almışam. Doğum günümü də həmin filmin çəkiliş meydançasında qeyd etdim. İlk hədiyyəmi həyat yoldaşımdan aldım. Deməyəcəm nədir, amma çox dəyərli və bahalı hədiyyədir. Mənim ona verdiyim pulları toplayıb, biraz da özü üstünü düzəldib, həmin hədiyyəni mənə alıb. Sonra evdəkilər təbrik etdi. Səhərdən də telefonlarım susmur. Mənim üçün tamaşaçı sevgisindən böyük hədiyyə nə ola bilər ki?!”

 

Elgün


Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.