Xaricə təbii qaz satışı azalıb

Cari ilin yanvar-fevral ayları ərzində Azərbaycan 205,048 mln. kubmetr təbii qaz ixrac edib.

XALQ.AZ  Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, təbii qazın idxal dəyəri 29,428 mln. dollar olub.

Təbii qazın ümumi ixracda payı 1,33% təşkil edib. 2017-ci ilin yanvar-fevral ayında bu rəqəm 2.38 olub.

Bu ilin iki ayı ərzində ixrac olunan təbii qazın miqdarı ötən ilin müvafiq dövründən 37%, dəyəri isə 25% azalıb.

RƏSUL