“Xaricdə təhsil üçün ilk addımlar” adlı layihəyə start verildi

 

9-24 oktyabr 2017-ci ildə, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun maliyyə dəstəyi ilə “Xaricdə təhsil üçün ilk addımlar” adlı layihəyə həyata keçirildi.

Layihənin məqsədi gənclərin xaricdə təhsil almaq haqqında qərar verdikdən sonra, bu qərarın sonunda necə uğura nail olmaq olar bunu anlatmaqdır. Hansı ölkədə təhsil hansı formatda aparılır, universitet reytinqleri nece müəyyən edilir, hansı ixtisas hansı regiyon və ölkədə daha təkmil tədris olunur, müraciyyət formaları necədir, təqaüt proqramları və təhsil alaraq iş imkanlarından bəhs edəcək bu virtual dünya turu gənclər tərəfindən böyük həyacan və maraqla qarşılanmışdır.

Seminarlar müddətində, layihə rəhbəri Orxan Abdullayevdə, xaricdə təhsil almış bir gənc kimi həmyaşıdları ilə öz təcrübə və təsuratlarını paylaşaraq onları marifləndirməyə çalışmışdır.