Xaricdəki aztəminatlı azərbaycanlılara yardımla bağlı layihə hökumətə təqdim edilib

Diasporla İş üzrə Dövlət Komitəsində (DİDK) soydaşlar və diaspor təşkilatları haqqında qanunvericilik bazasının təkmilləşdirilməsi məqsədilə əlaqədar qurumların nümayəndələrinin iştirakı ilə müvafiq işçi qrup yaradılıb.

XALQ.AZ xəbər verir ki, bu istiqamətdə xarici təcrübə öyrənilərək təkliflər hazırlanıb və nəzərdən keçirilir.

Eyni zamanda, aidiyyəti dövlət qurumları ilə razılaşdırılaraq hazırlanan “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası” layihəsi Nazirlər Kabinetinə təqdim edilib.

Qeyd edək ki, ötən il “Xaricdə yaşayan aztəminatlı azərbaycanlılara sosial yardımın göstərilməsi qaydası”nın formalaşdırılması üzərində işlər aparılırdı.