“Xarici ölkələrə səfərlərin sayı artırılmalıdır”

Xaricdə erməni lobbisini dəstəkləyən qüvvələrin Azərbaycana qarşı hücumlarının sayının artıb.

XALQ.AZ xəbər verir ki, bunu parlamentin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi haqqında qanun layihəsinin müzakirəsi zamanı deyib.

Komitə sədri onların susdurulması istiqamətində görüləcək işlərdən, xarici ölkələrə səfərlərin sayının artırılmalı olduğundan danışıb.

S.Seyidov bu sahədə xərclərin artırılmasına zərurət olduğunu vurğulayıb.