Xarkovda hərbi təyyarə düşdü, 25 nəfər öldü-Video

Ukraynanın Xarkov vilayətinin Çuquyev rayonu yaxınlığında AN-26 hərbi təyyarəsi qəzaya uğrayıb.

XALQ.AZ Ukrayna KİV-nə istinadən xəbər verir ki, Hərbi hava Qüvvələrinin Xarkov Universitetinin kursantlarının olduğu təyyarə 2 kilometr uçduqdan sonra düşüb. Rostov şosseis yaxınlığına düşən təyyarənin hansı istiqamətdə uçması hələlik bilinmir.

Qəza zamanı ölənlərin və yaralananların olduğu bildirilir. Hadisə yerinə axtarış-xilasetmə qrupu yollanıb. İnsidentin səbəbi aydınlaşdırılır.

Təyyarənin qəzaya uğraması zamanı 25 nəfər həlak olublar.