Xatirə İslam Dubaya gedir

 

04

 

Müğənni Xatirə İslam Dubayda klip çəkdirəcək.

Xalq.az Axşam.az-a istinadən xəbər verir ki ,  “Küsmə” adlanan mahnını həmkarı Rüfət Axundovla duet oxuyub:

“İndi yaradıcılığımda duetlər mərhələsi başlayıb. Klipi Rüfətlə birlikdə Dubayda çəkdirəcəyik. Bu dəfə ərəb rejissoru ilə işləmək qərarına gəlmişəm”.

Xatirə deyib ki, muğam oxumaq üçün səbirsizlənir:

“Böyük sənətkarlarımızdan biri ilə muğam oxumağı düşünürəm. Mən o insana canlı korifey deyirəm. Bir ildən çoxdur ki, muğam oxumuram, ürəyim partlayır”.

Solo konsertə hazırlaşan Xatirənin fərqli çıxışı olacaq. O, iki gün konsert verəcək:

“Konsertimin birində yalnız muğamlar, digərində isə duetlər yer alacaq. İndiyədək səsləndirilməyən duetlərimi oxuyacam. İstəmirəm konsertə gələn tamaşaçı desin ki, bu mahnını eşitmişik. Həmkarlarımdan xahiş edirəm ideyamı oğurlamasınlar”.